Diqqət !

 

03 aprel 2010-ci il tarixdə  “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlərə start  veriləcək.

 

Layihənin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını cəmiyyətə  çatdırmaq, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 

Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə  İKT  və media sahəsində tanınmış mütəxəssislər,  ekspertlər və alimlər tərəfindən aparılacaq.  

 

Treninqlər hər həftənin şənbə günləri saat 14.00-dan 17.00-a kimi davam edəcək.

 

Treninqlərdə müxtəlif media  subyektlərində  çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan  tələbələr  - gənc Jurnalistlər iştirak edəcəklər.

 

Layihə  çərçivəsində həmçinin  "İnformasiya  Cəmiyyətinin ən yaxşı jurnalisti" nominasiyaları üzrə  Musabiqə  keçiriləcək  və  Müsabiqə  artıq  elan olunub ,  bu haqda  mətbuatda məlumat verilib. 

 

Layihə Multimedia Mərkəəzi, Azərcell, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə həyata keçirilir.

 
Multimedia Mərkəzi

AZ1001, Bakı, M. Əfəndiyev k. 5

www.cit.az

Tel. 492 44 44.

multimedia@cit.az