“İnternet. Azərbaycan İnternet Resursları”

kitabının yenidən işlənmiş və əlavələr olunmuş  3-cü nəşri

 haqqında qısa məlumat

 

2008-cı ilin MAY AYINDA  “İnternet. Azərbaycan İnternet Resursları” kitabının yenidən işlənmiş 3-cü nəşri çap edilib. Kitab 320 səhifə həcmindədir. Kitabın bütün fəsilləri yenidən işlənib. 3000-dək milli veb-resurs haqqında məlumat kitaba daxil edilib. Kitabın strukturu dəyişilməyib və bu haqda aşağıda məlumat verilib.

 

     “İnternet. Azərbaycan İnternet Resursları” kitabı müəllif, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  tərəfindən bir neçə il ərzində toplanan  materiallar əsasında  hazırlanıb. Azərbaycan dilində populyar formada ilk dəfə olaraq nəşr olunan kitabın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müdiri  Cahangir Məmmədlidir.

                                                                             

     Kitab İnternetdən Azərbaycandilli istifadəçilərin daha səmərəli və effektiv işinə yardım məqsədilə yazılıb.

      Kitab üç fəsildən ibarətdir.

    “İnternetə ümumi baxış” adlanan birinci fəsil kompüter haqqında az-çox biliyə malik insanlara İnternetdən istifadə qaydalarını öyrədir. İnternet xidmətləri haqqında, e-poçt haqqında , İnternet bağlantısının formaları və Provayderlərin seçilməsi ,  İnformasiya təhlükəsizliyi və İnternetdə uşaqların təhlükəsizliyi ilə bağlı bilgilər də kitabın bu fəslinə daxil edilib.

      “Azərbaycan İnterneti” adlanan ikinci fəsil İnternetin ölkəmizə gəlişi, formalaşması, inkişafı və cari vəziyyəti  haqqındadır. Bu fəsildə siz Azərbaycanın İnternet infrastrukturu haqqında,  milli Provayderlər və WEB studiyalar haqqında,  Azərbaycan İnternetinin spesifik xüsusiyyətləri ( şrift problemi, Azərbaycan dilində axtarış , transliterasiya, .az domeni və s.) haqqında məlumatları əldə edə bilərsiniz.

      “Azərbaycanın İnternet Resursları” adlanan üçüncü fəsil Azərbaycandilli İnternet resursların kataloqundan ibarətdir. Kataloq mövzular üzrə bölünüb (Azərbaycan haqqında, dövlət qurumları, cəmiyyət, xəbərlər, biznes, diaspora, elm və təhsil və s.). Kataloqa  Azərbaycanda və xarici serverlərdə yerləşən 3000–dək milli web resurs haqqında qısa icmal və ünvan daxil edilib. Azərbaycan İnterneti haqqında hər şeyi buradan əldə edə bilərsiniz. Kataloq müxtəlif mövzular üzrə 33 bölmə və 110 alt bölmə üzrə  sistemləşdirilib . Kataloqa, əsasən, Azərbaycan dilində informasiya ilə zəngin olan resurslar daxil edilib. Kataloq uzun illər boyu müəllif tərəfindən toplanan İnternet ünvanların yenidən bir-bir baxılması, aktivliyinin yoxlanılması, ümumiyyətlə Azərbaycandilli resursların monitorinqi əsasında tərtib edilib.

       Nəfis formada tərtib olunmuş kitab 320 səhifə həcmindədir.

       Multimedia Mərkəzinin vəsaiti hesabına hazırlanan kitabın çap xərcinin müəyyən hissəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi , Hewlett Packard şirkətinin Azərbaycan nümayəndəliyi , Azeurotel  və CATEL şirkətləri tərəfindən ödənilib.

 

Multmedia Mərkəzi

492-44-44

311-70-45

www.cit.az

 

“İnternet. Azərbaycan İnternet Resursları” kitabının 1- ci nəşrinin  Təqdimatı /fotoarxiv/

 

 

 

 

PRESENTATION OF "INTERNET. AZERBAIJAN INTERNET RESOURCES" BOOK

BAKU/28.12.04/TURAN: Presentation of "Internet. Azerbaijan Internet Resources" book has taken place today in International Press Centre. Author of the book is Osman Gunduz, Director of Multimedia Centre of Information Systems and Technologies, President of Azerbaijan Internet Forum.
       
    Gunduz said the book must help Azerbaijani-speaking internet user to effectively and fruitfully use internet and be a guide for those who started exploring internet.
   
    The book consists of three chapters : "General View of Internet," "Azerbaijan Internet" and "Azerbaijan Internet Resources."
   
    The book contains information about 1,000 national web resources.
       
    Gunduz said the book will be updated once a year.
   
    Representatives of state and public organizations and private companies attended the presentation.-0--