21.01.2009

Multimedia

İnformasiya Sistemləri  və Texnologiyaları

Mərkəzinin

 

Məlumatı


    Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya  subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqinə başlanacaq.

    Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai  informasiyaların açıqlanması  vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.  

    İctimai informasiya  subyektlərinin informasiya açıqlığı  vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi  və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan  Metodika əsasında  gerçəkləşdirilir.  

    Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi nəzərdə tutulub.  

    2009-cu ilin sentyabr  ayında  başa  çatması nəzərdə tutulan Monitorinq əsasında konkret ictimai informasiya resursları  üzrə  icmal  və tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.

    Bu mərhələdə keçiriləcək Monitorinq prosesində 50  dövlət  qurumunun və 10 Bələdiyyənin  rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması nəzərdə tutulub.

    Eyni zamanda bu mərhələdə oxşar monitorinq  prosesini Rusiya  Federasiyasında həyata keçirən  “İnformasiya Azadlığının inkişafı İnstitutu”nun əldə etdiyi nəticələrlə müqayisə edilməsi nəzərdə tutulub. Layihə çərçivəsində  adı  çəkilən İnstitutla ictimai informasiya  subyektlərinin informasiya  açıqlığı vəziyyətinin müəyyən edilməsi sahəsində qarşılıqlı təcrübə  mübadiləsinin aparılması nəzərdə tutulub. Artıq  adı çəkilən qurumla monitorinqin aparılması üçün vahid Metodikasının hazırlanması istiqamətində  razılıq əldə edilib.

    Daha  geniş məlumat  www.informasiya.org  saytında  yerləşdirilib.

    Layihə  ACİ-Yardım Fondu tərəfindən   dəstəklənib.

                                                                     

Multimedia Mərkəzi      

Tel: 492 44 44 

www.informasiya.org  

info@informasiya.org