02.07.2009

Azərbaycan İnternet Forumunun
Məlumatı

 

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

Toplantıda Milli İnternet Müsabiqəsinin keçirilməsi ilə  bağlı məsələ müzakirə olunub. Müsabiqənin Əsasnaməsinin son variantı,  Müsabiqənin Loqosu, Mükafatın eskizi, Müsabiqənin saytını ilkin  variantı, müsabiqəyə təqdim olunacaq resursların Qeydiyyat sistemi təsdiq  olunub. 

Əsasnaməyə görə Müsabiqənin hər ilin sonunda keçirilməsi nəzərdə tutulur. 11 nominasiya üzrə keçiriləcək Müsabiqədə  ancaq Azərbaycandilli  versiyası olan  resursların iştirakı, eyni zamanda,  Müsabiqənin qaliblərinin  İnternet istifadəçilər tərəfindən deyil,  ancaq Münsiflər Heyəti tərəfindən qiymətləndirilməsi nəzərdə tutulub.
Əsasən internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla formalaşdırılacaq Münsiflər Heyəti üzvlərinə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir.

 

 Toplantıda  sosial əhəmiyyətli resurslara AİF tərəfindən diqqətin artırılması istiqamətində müzakirələr aparılıb. Veb ustalar arasında biliklərin paylaşmasına  xidmət edəcək www.webusta.info saytına AİF tərəfindən dəstək verilməsi məqsədəuyğun hesab edilib

 

AİF toplantısında həmçinin informasiya texnologiyaları sahəsində Azərbaycan dilinin tətbiqi sahəsində problemlərin hələ də qaldığı  qeyd olunub.  Bir sıra  adi İKT terminlərinin müxtəlif nəşrlərdə və reklam lövhələrində   fərqli formada yazılması  faktlarının mövcud olduğu  bildirilib. Toplantıda bununla  bağlı əlaqədar qurumların və ekspertlərin iştirakı ilə geniş ictimai müzakirənin keçirilməsi məqsədəuyğun hesab edilib.

 

AİF
Tel :    492-44-44
Veb:   www.cit.az
E-mail: info@cit.az