06.03.2009

Azərbaycan İnternet Forumunun

açıqlaması

 

AİF bildirir ki, ötən gün  RİTN tərəfindən İnternet qiymətləri ilə bağlı apardığı Monitorinqin nəticələri və Beynəlxalq Telekommunikasiya İttifaqının Hesabatı ilə  bağlı məlumatlar  açıqlanıb. 

Məlumatlarda ölkədə İnternet qiymətlərinin region dövlətləri ilə eyni səviyyədə olduğu , həmçinin Hesabata əsaslanaraq ölkənin bu sahədə ciddi uğurlar əldə etdiyi bildirilir.

AİF  təəssüflə  bildirir ki, sön dövrlərdə bu dövlət qurumu tərəfindən bir sıra hallarda həqiqətə uyğun olmayan, yarımçıq və cəmiyyəti çaşdıran məlumatlar yayılır.

AİF bildirir ki, BTİ dünyanın 154 ölkəsinin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin 5 illik Hesabatını təqdim edib.

Hesabat hazırlanarkən 11 göstərici – mobil rabitə, internet və sabit telefon  istifadəçilərinin sayı, geniş zolaqlı internet istifadəçilərin sayı, kompüter olan və internet bağlantısı olan evlərin sayı  və s. bu kimi parametrlər üzrə araşdırmalar aparılıb və BTİ –yə məxsus metodika üzrə Reytinq Cədvəli hazırlanıb.

Hesabatda Azərbaycanın ümumi reytinqdə 14 pillə irəliləyərək 2002-ci ilə dair siyahıdakı 100-cü yerdən 86-cı mövqeyə qalxdığı bildirilib. Bunun əsasən mobil rabitə və internet  istifadəçilərinin sayının,  həmçinin ölkəyə daxilolan İnternet trafikin artması hesabına əldə olunduğu vurğulanıb. Hesabatda  hökumət tərəfindən bu sahəyə xüsusi  diqqət yetirildiyi  vurğulanıb.

AİF ölkənin İKT sahəsində Reytinq Cədvəlində irəliləməsini müsbət  hal kimi dəyərləndirir. İlkin müşahidələr onu deməyə əsas  verir ki, bu nəticə daha çox  ölkə rəhbəri tərəfindən İKT-nin prioritet elan edilməsi, büdcədən bu sahəyə müəyyən ayırmaların edilməsi  və bir sıra özəl qurumlar tərəfindən atılan addımlar hesabına əldə edilib.

AİF bildirir ki, Hesabatın  digər  hissələrinin təhlili  onu deməyə əsas  verir ki, ölkədə bu sahədə vəziyyət  heçdə RİTM –nin qeyd etdiyi kimi  ürəkaçan deyil.

AİF təəssüflə bildirir ki, yuxarıda qeyd olunan göstəricilər üzrə Reytinq Cədvəlində Azərbaycan irəliləməsinə baxmayaraq hələdə  qonşu ölkələrdən, potensial imkanı xeyli aşağı olan ölkələrdən geridədir,  MDB məkanında isə  Orta Asiya ölkələrini çıxmaqla  axırıncı yerdədir. Hesabatda  həmçinin İKT xidmətlərinin qiymətləri üzrə, mobil tariflər üzrə və xüsusən də  geniş zolaqlı İnternet  qiymətləri üzrə Azərbaycanın nəinki MDB məkanında yenə axırıncı yerdə olması,  hətta ən zəif inkişaf etmiş ölkələrlə (Nikaraqua, Tonqo və s.) bir sırada olması göstərilib. Hesabatda  genişzolaqlı və adi internet istifadəçilərin sayına görə Azərbaycanın 15 pillə gerilədiyi (82-ci pillədən 97-yə düşdüyü),  genişzolaqlı İnternet qiymətlərinin qonşu ölkələrlə müqayisədə hədsiz dərəcədə fərqli olması  qeyd olunub.

Reytinq Cədvəlində İKT xidmətlərinin qiymətlərinin ( telefon danışıqları, mobil tariflər , İnternet ) Azərbaycanda kifayət qədər  baha olması görsənir - 109-cu yer, qonşu ölkələrdən isə Rusiya-39, Gürcüstan – 103, Ukrayna-76 –cı yerlər.

BTİ-nin Hesabatında İnternet qiymətləri üzrə vəziyyətin ölkəmizdə daha pis və ən baha olduğu görsənir: Azərbaycan 110-cu yer, Nikaraqua-109, Gürcüstan -104, Ukrayna -79, Rusiya -37.

Hesabatda təqdim olunan rəqəmlər  bir qədər öncə AİF tərəfindən aparılan Monitorinqin nəticələrinə tamamilə uyğundur. AİF –in apardığı monitorinqlərin nəticəsi ölkədə İnternet xidmətlərinin keyfiyyətinin hədsiz  dərəcədə pis olduğunu və qonşu ölkələrlə müqayisədə qiymətlərin  8-10 dəfə baha olduğunu göstərmişdi.

Bütün bunlardan sonra RİTN –nin yalnız özü tərəfindən aparılan Monitorinqlərə əsaslanaraq, Hesabatın nəticələrini nəzərə almadan bu sahədə vəziyyətin  normal olmasını, qonşu ölkələrlə qiymətlərin eyni olmasını elan etməsi kifayət qədər anlaşılmaz və absurddur.

AİF təəssüflə bildirir ki, İnternet və İKT bazarında birgə monitorinqlər  aparmaqla  bağlı RTN-nə edilən müraciətlərə də indiyədək müsbət  cavab verilməyib.

Hesabatın tam mətni : http://www.itu.int/ITU-D/ict/publications/idi/2009/material/IDI2009_w5.pdf

 

AİF

492-44-44

info@cit.az