04.12.2008
                                                  Azərbaycan İnternet Forumunun
                                                                      açıqlaması

AIF bildirir ki, son  dövrlərdə Milli Televiziya və Radio Yayımı  Şurası tərəfindən 
milli tezliklərdə fəaliyyət  göstərən "BBC", "Amerikanın Səsi" və "Azadlıq" radiostansiyalarının fəaliyyətinin dayandırılacağı haqqında bəyanatlar  səslənir.
 

Azərbaycanın öz informasiya  məkanına  yetərincə nəzarət edə bilmədiyi, bir  sıra hallarda ölkənin efir məkanının milli maraqlarımıza  zidd olan informasiya subyektləri tərəfindən açıq-aşkar zəbt edildiyi indiki durumda  bu  cür bəyanatların səslənməsi cəmiyyətdə  ciddi  narahatçılıq  yaradır. Regionların informasiya  məkanında qeyri-bərabər  vəziyyətin hökm sürdüyü,  milli efir  tezliklərindən səmərəli və effektiv istifadə olunmadığı bir şəraitdə mövcud informasiya  subyektlərinin fəaliyyətin  dayandırılması absurd bir  addım olardı. Bu  Azərbaycanın informasiya  məkanını  daha təhlükəli  bir  vəziyyətə gətirib çıxarardı.


Ölkədə kabel, internet  və peyk yayımının yetərli və hamı üçün əlçatan olmadığı indiki şəraitdə adı çəkilən  radioların yerli tezlikdə  fəaliyyətinin dayandırılması  və  digər yayımlara yönləndirilməsi vətəndaşların müstəqil informasiya  almaq  hüquqlarını xeyli məhdudlaşdıracağı şəksizdir.


AİF MTRŞ rəhbərliyinin bu  bəyanatını   ölkənin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə, Habelə BMT-nin qəbul etdiyi və Azərbaycanın qoşulduğu Mülki və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsi presedentlərinə zidd hesab edir və bunu plüralizmin, habe
lə ifadə azadlığının   məhdudlaşdırılmasına yönələn təşəbbüs hesab edir.


AİF həmçinin milli tezlik resursların əhəmiyyətinin kifayət  qədər artdığı indiki vəziyyətdə, Radiotezliklər üzrə Dövlət Komissiyasının statusuna yenidən baxılmasını, bu sahəyə ictimai nəzarət imkanlarının genişləndirilməsini, komissiyada mülki və ictimai sektorun xüsusi çəkisinin  artırılmasını  zəruri hesab edir


AİF milli t
ezliklərin ayrılması və istifadəsi prosesində şəffaflığın təmin olunmasını, efir  boşluğunun qarşısının alınmasını, efir tezliklərindən effektiv istifadə edilməsini, maraqlı tərəflərin bu resursdan istifadəsi üçün normal şərait yaradılması vacib hesab edir.
 

AİF
492-44-44

www.aif.az