05.11.2008

 

Azərbaycan İnternet  Forumunun

Məlumatı

 

Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi  və Microsoft - Azərbaycan qurumu tərəfindən  “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir.


Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini  bu problemə cəlb etməkdən ibarətdir.

Artıq  adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab  və eyni adlı Plakat  hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə  uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı  valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr verilib.

Kitabın və Plakatın pulsuz olaraq məktəblərə və valideynlərə çatdırılması nəzərdə tutulub.


Layihə çərçivəsində həmçinin mövzu ətrafında  maraqlı tərəflərin iştirakı ilə geniş ictimai diskussiyaların və Seminarların keçirilməsi, TV-də  xüsusi verilişlərin təşkil edilməsi nəzərdə tutulub.

 

AİF
www.cit.az

492-44-44