20.11. 2008
Press-reliz

Azərbaycan İnternet Forumunun
Məlumatı

 

Azərbaycan İnternet Forumunun  toplantısı keçirilib.
Toplantıda  milli internet ünvanların ( .az domeninin ) qeydiyyatının tənzimlənməsi, Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi sahəsində mövcud vəziyyət, Milli internet resursların Müsabiqəsi  haqqında məsələlər müzakirə edilib.

Toplantıda RİTN tərəfindən müzakirəyə təqdim olunan Az domenlərinin qeydiyyatı haqqında ƏSASNAMƏ Layihəsinin Telekommunikasiya haqqında  Qanunun tələblərinə və beynəlxalq normala cavab vermədiyi vurğulanıb. Müzakirəyə təqdim olunan Əsasnamə Layihəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ölkənin İnternet ictimaiyyətin maraqları nəzər alınmamış, bu tələblərə cavab verən Qeydiyyat Qurumunun formalaşdırılması nəzərdə tutulmamışdır. Toplantıda Az  domeninin Qeydiyyatı  prosesinin legitimləşdirilməsi, bu sahədə inhisarçılığın aradan qaldırılması, normal rəqabət  mühitinin və şəffaflığın təmin olunması üçün , Qanunvericiliyə uyğun Qeydiyyat Qurumu  formalaşması üçün  AİF tərəfindən səylərin gücləndirilməsi istiqamətində qərar qəbul edilib.
Toplantıda İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı AİF tərəfindən RİTN- ə təqdim olunan Təkliflərin gerçəkləşməsi vəziyyəti ətrafında müzakirələr  aparılıb. İnternetin qiyməti və keyfiyyəti ilə  bağlı AİF tərəfindən aparılan Monitorinq və  internet qiymətlərin  digər ölkələrdəki qiymətlərlə müqayisəli formada  ictimaiyyətə təqdim olunması müsbət dəyərləndirilib və bunun müntəzəm olaraq davam etdirilməsinin vacibliyi qeyd olunub.  Ölkədə son bir  neçə ayda İnternet  xidmətlərinin qiymətlərində cüzi də olsa  enmələr  müşahidə edildi qeyd olunub. Ancaq bununla  belə  qiymətlərin hələdə kifayət qədər yüksək olaraq qaldığı bildirilib. Həmçinin  İnternet xidmətlərin qiymətlərinin enməsinin də onun keyfiyyətinin daha da pisləşməsinə gətirib çıxardığı  vurğulanıb.
ATS - lər tərəfindən Provayderlərə tətbiq olunan  tariflərin və qeyri-qanuni ödəmələrin isə RİTN –nin elan etməsinə  baxmayaq  ləğv olunmadığı və endirilmədiyi bildirilib.  Toplantıda qiymətlərin endirilməsi istiqamətində mübarizənin davam etdirilməsi, haqsız rəqabət  mühitinin aradan qaldırılması, sərbəst və azad rəqabətin , alternativ internet  bağlantısının inkişaf etdirilməsi  üçün səylərin artırılması qərara alınıb. Həmçinin İnternet xidmətləri sahəsində ƏDV-nin ləğvi ilə  bağlı ölkə rəhbərliyinə  müraciət edilməsi məqsədəuyğun hesab olunub.
Toplantısında milli internet ünvanların müsabiqəsinin AİF tərəfindən yeni formatda təşkil olunması ilə  bağlı razılıq əldə olunub.
AİF –in toplantısında  yeni üzvlər qəbul edilib və bir  sıra  cari məsələlər də müzakirə olunub.

 

AİF
Tel :    492-44-44
Veb:   www.cit.az
E-mail: info@cit.az