15.12.2008

 

“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

 

Bu gün  Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində  “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
 


Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, layihənin rəhbəri Osman Gündüz “Dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin monitorinqinin nəticələri” mövzusunda və
İREX -Media  qurumunun nümayəndəsi , Layihənin eksperti t Ələsgər Məmmədli  “İctimai İnformasiya mərkəzləri İnfrastrukturunun yaradılması ilə bağlı təkliflər” mövzusunda təqdimatları olub.

Dövlət qurumlarının, özəl və ictimai sektorun təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Dəyirmi  Masada informasiya  azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan  İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud  vəziyyət  və problemlər ətrafında müzakirələr  aparılıb.

Müzakirələrdə İctimai Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev, ”İnam”Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Ombudsman Aparatının nümayəndəsi Tağıyev Nəcəf, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, YYSQ-nin sədri Aydınxan Əbilov, Xəzər TV-nin  nümayəndəsi Qulu Məhərrəmli, USAİD –in nümayəndəsi Ülvi İsmayıl  və digər nümayəndələr çıxış ediblər. Müzakirələr  zamanı ölkədə informasiya azadlığının gerçəkləşməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulan addımların bir qismi reallaşsa da , əslində  bu sahədə xeyli problemlərin olması qeyd  olunub. Xüsusilə  İnformasiya müvəkkili İnstitutunun yaradılmaması, dövlət  qurumlarının informasiya  resurslarının qanunvericiliyin tələblərinə cavab verməməsi, hökumət tərəfindən elektron xidmətlərin yaradılması ilə bağlı sahəyə diqqətin yetərli olmaması, vətəndaşların  informasiya tələbatının olmaması haqqında fikirlər irəli sürülüb.


Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən dəstəklənən “İnformasiya  azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması”  Layihəsi çərçivəsində keçirilib.

 Daha  geniş məlumat www.informasiya.org  saytında yerləşdirilib.

  

 Multimedia Mərkəzi

Tel: 492 44 44 

info@informasiya.org