“Delphi 7 və proqramlaşdırma” 
kitabının təqdimat mərasimi keçiriləcək.

 

19 noyabr tarixdə  Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən “Delphi 7 və proqramlaşdırma”  kitabının təqdimat mərasimi keçiriləcək.


Kitabın müəllifləri  fizika –riyaziyyat elmləri namizədi Nazim Rüstəmov və  proqramçı Ramin Fərəcovdur. Kitabın elmi redaktoru BDU-nun dosenti Ramin Mahmudzadədir.


Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab proqramlaşdırmanı yeni öyrənməyə  başlayanlar üçün nəzərdə tutulub.


Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunan kitabda proqramlaşdırma sahəsində ilkin bilik və bacarıqların mənimsənilməsi yolları haqqına bilgilər verilib. Kitab Azərbaycan dilində kifayət qədər sadə və anlaşıqlı formada yazılıb. 

Tədbirdə təhsil və elmi ictimaiyyətin, dövlət və özəl qurumların nümayəndələrinin, proqramçıların iştirakı nəzərdə tutulur.

 

Multimedia Mərkəzi