18.02.2008

Multimedia
İnformasiya Sistemləri  və Texnologiyaları
Mərkəzinin

 21  fevral 2008-ci il tarixdə  “İctimai informasiyaların əldə olunması: real vəziyyət  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək. 

Dəyirmi Masa ACİ - Yardım Fondu  tərəfindən dəstəklənən “İctimai informasiyaların  açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsi çərçivəsində keçirilir.  Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən  EITI  Koalisiyası, Milli  Büdcə Qurumu və Vətəndaş Nəzarəti Şəbəkəsi ilə  birgə həyata keçirilir.

Tədbirdə neft  gəlirləri, büdcə  xərcləri  və neft  gəlirlərinin ətraf mühitə  və sosial  sahəyə  təsirləri sahəsində informasiya açıqlığının  monitorinqinin yekunları haqqında Hesabat  təqdim olunacaq.   

Dəyirmi Masada dövlət orqanlarının, vətəndaş cəmiyyəti  subyektlərinin, beynəlxalq  təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

Multimedia Mərkəzi

Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org

 


Copyright © 2001-2008,  Multimedia Center
Send comments and problems to info@cit.az