Elan

Multimedia Mərkəzi bu il “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninqlərə start verir.

Layihə Azərcell, ULTRA və HP-nin dəstəyi ilə həyata keçirilir.

 

Layihənin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını cəmiyyətə  çatdırmaq, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 

Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə  İKT  və media sahəsində tanınmış mütəxəssislər,  ekspertlər və alimlər tərəfindən aparılacaq.  

 

Treninqlərdə  jurnalistlər və  ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan   tələbə jurnalistlər də iştirak edə bilərlər.

 

Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və  informasiya  texnologiyaları sahəsində  elementar  biliklərə  sahib olmaq tələb olunur.

 

Treninqlər aprel-may aylarında (hər həftənin şənbə günləri) keçiriləcək.

Sonda hər bir davamiyyətli iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunacaq.

 

Treninqlərdə iştirak etmək istəyənlər  qabaqcadan qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək istətəyənlər CV-lərini  m_xayala@yahoo.com ünvana göndərə bilərlər.  (əsas kontaktları, işlədikləri və ya oxuduqları yer və s.)  Treninqlərə qeydiyyat prosesi 30 mart 2010-cu tarixində başa  çatacaq.  Yerlərin sayı məhduddur.
Hər hansı əlavə məlumat üçün aşağıdakı ünvanla əlaqə saxlaya bilərlər.

 

Multimedia Mərkəzi

M. Xəyalə

m_xayala@yahoo.com

(055) 760 86 27

Tel. 492 44 44.

www.cit.az