27.09.2008
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
Məlumatı

Multimedia Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi həyata keçirilməyə başlanıb.

Layihə çərçivəsində İctimai informasiya subyektləri tərəfindən təqdim olunan elektron müraciətlər (ərizə, təklif) və elektron xidmətlərlə bağlı məlumat toplusunun hazırlanması (elektron formada), İctimai informasiya subyektləri tərəfindən təqdim olunan İnteraktiv xidmətlərinin rolu ilə bağlı ictimai diskussiyalar keçirilməsi, İctimai İnformasiya Mərkəzlərinin yaradılması üzrə beynəlxalq təcrübənin və yerli qanunvericiliyin tələblərinin araşdırılması nəzərdə tutulur.

Dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərlə bağlı www.informasiya.org resursunda xüsusi blokun hazırlanması nəzərdə tutulub .

Daha geniş məlumat www.informasiya.org  saytında yerləşdirilib.


Multimedia Mərkəzi
Tel: 492 44 44
www.cit.az
www.informasiya.org
info@informasiya.org