Elan

 

“İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsini keçirilir.

Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən KİV orqanları və jurnalistlər iştirak edə bilər. Materiallar 01 dekabr 2008-ci il tarixədək qəbul olunur.

Layihə çərçivəsində  həmçinin Jurnalistlər üçün informasiya cəmiyyəti sahəsində  Treninqlər  keçiriləcək.
Müsabiqə qaydaları, təxmini mövzular, qiymətləndirmə kriteriyaları  və Treninqlərlə bağlı daha geniş bilgi üçün lütfən www.cit.az saytına müraciət edin.

Layihə Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə həyata keçirilir.

 

AİF
492-44-44

www.cit.az

multimedia@cit.az