Diqqət !

 

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlər təşkil olunur.

 

Layihənin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını cəmiyyətə  çatdırmaq, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 

Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə  İKT  və media sahəsində tanınmış mütəxəssislər,  ekspertlər və alimlər tərəfindən aparılacaq.  

Cəmi  12 Treninqin keçirilməsi nəzərdə tutulur.

 

Treninqlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan  tələbələr  və  bu sahədə çalışan  gənc Jurnalistlər iştirak edə bilərlər.

 

Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və  informasiya  texnologiyaları sahəsində  elementar  biliklərə  sahib olmaq tələb olunur.

 

Treninqlər  şənbə günü saat 11.00 - 14.00- dək keçiriləcək.

 

Treninqlərdə iştirak etmək istəyənlər  qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər  aşağıdakı ünvana müraciət edə bilərlər.

 


Azərbaycan İnternet Forumu
AZ1001, Bakı, M. Əfəndiyev k. 5

www.cit.az

Tel. 492 44 44.

multimedia@cit.az