13.01.2008

Azərbaycan İnternet  Forumunun
məlumatı 

AİF bildirir ki,   17 yanvar 2008-ci ildə  BMM-də “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində yekun  tədbirin keçirilməsi  nəzərdə tutulub.

Tədbirdə qeyd olunan Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq.

Məlumat  verildiyi kimi  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilib. Hazırda  Müsabiqə ilə  bağlı işlər  yekunlaşma ərəfəsindədir. 23  Jurnalist tərəfindən  Müsabiqəyə  təqdim olunan yazılar  Münsiflər  Heyətinin üzvləri  tərəfindən qiymətləndirilir.

Eyni  zamanda  adı  çəklilən Layihə  çərçivəsində 10  qəzetin  İnformasiya  Cəmiyyəti  quruculuğu  sahəsindəki  fəaliyyəti ( yazılar ,  saytın olması , elektron əlaqə imkanları  və s.) də araşdırılaraq Münsiflər  Heyətinə  təqdim olunub.

Qaliblərə qiymətli  hədiyyələrin  və  müvafiq  Diplomların verilməsi nəzərdə tutulub.

 Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə  RİTN, Azərbaycan İnternet Forumu, HP ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  
 
AİF
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az