17.01.2008

Azərbaycan İnternet  Forumunun
məlumatı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Təqdimat mərasimi keçirilib.
RİTN-nin nazir müavini Elmir  Vəlizadə və İnformasiya Cəmiyyətinin İnkişafı Departamentinin rəhbəri Rüfət Gülməmmədov ölkədə informasiya  cəmiyyəti quruculuğu sahəsində gedən proseslər  və qeyd olunan Layihənin bu sahədəki rolu haqqında məlumat  veriblər.
 Layihənin məqsədinin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olduğu bildirilib.
Layihənin koordinatoru , AİF-in prezidenti Osman Gündüz “İnformasiya Cəmiyyətinin Jurnalisti”  Layihəsinin yekunları ilə  bağlı məlumat verib. O, Layihə çərçivəsində Jurnalistlər  üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli 20 məşğələnin keçirildiyini bildirib. İki ay davam edən Treninqlərin ölkənin İKT və media sahəsində ən tanınmış 15 mütəxəssisi tərəfindən keçirildiyi bildirilib. O , həmçinin Layihə çərçivəsində   “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə Müsabiqənin keçirildiyini qeyd edib. Birinci nominasiya üzrə Müsabiqəyə 23 Jurnalist tərəfindən yazı təqdim olunduğu, 2-ci nominasiya üzrə İnformasiya Cəmiyyəti quruculuğuna  daha çox yer ayıran 10 Azərbaycan dilli qəzetlərin monitorinqinin aparıldığını qeyd edib. Hər iki nominasiya üzrə nəticələrin tanınmış media və İKT ictimaiyyətinin nümayəndələrindən ibarət olan Münsiflər Heyəti tərəfindən qiymətləndirildiyini vurğulayıb.

HP şirkətinin nümayəndəsi Rasim Bəxşi və  ULTRA şirkətinin prezidenti Tahir Mirkişili bu tip Layihələrin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna təkan  verəcəyini bildiriblər. Özəl sektorun nümayəndələri olaraq  bu sahənin inkişafında maraqlı olduqlarını və  hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.

Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla  başa vuran 32 nəfərə SERTİFİKATLAR təqdim olunub.
Münsiflər Heyətinin üzvləri  Layihə çərçivəsində  təşkil olunan Müsabiqənin qaliblərini elan ediblər.

“İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri “525-ci qəzet” in müxbiri Zamirə İlqar qazanıb. Bu nominasiya üzrə 2-ci yeri iki jurnalist tutub : Gün səhər –dən Elxan Salahov və “Yeni Azərbaycan” dan Turanə Qadir.  Bu nominasiya üzrə 3-cü yeri də  2 nəfər qazanıb: “Mərkəz” –dən Aynur Haqverdiyeva  və “ Xalq Cəbhəsi”ndən Bəxtiyar Məmmədli.

“İnformasiya  Cəmiyyətinin KİV-i” nominasiyası üzrə 1-ci yeri “525-ci qəzet” qazanıb.  Bu nominasiya üzrə 2-ci yeri iki qəzet – “Mərkəz” və  “Yeni Azərbaycan” qəzetləri ,  3-cü yeri  isə digər iki qəzet – “Üç nöqtə” və “ Xalq Cəbhəsi” qəzetləri tutub.
Qaliblərə Diplomlar və  HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri təqdim olunub.

Tədbirdə BDU-nun və Slavyan Universitetlərinin kafedra müdirləri Cahangir Məmmədli və  Rəhilə Qeybullayeva,  Müstəqil ekspertlər Qulu MəhərrəmliAzər Həsrət,  525-ci qəzetin Baş redaktoru Rəşad Məcid , “Üç nöqtə” nin Baş redaktoru Xoşqədəm Baxşəliyeva,  Xalq Cəbhəsi  və Mərkəz Qəzetlərinin Baş redaktorları  Elçin Mirzəbəyli Şirzad Məmmədli və  digərləri çıxış edərək müasir  dövrdə dövlət , özəl  və  ictimai qurum tərəfindən dəstəklənən bu tip Layihələrin mühüm əhəmiyyət  kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna  ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.

Layihə
 RİTN, AİF,  HPULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilib.
Layihə haqqında geniş məlumat
www.cit.az  saytında yerləşdirilib.  
 
AİF
www.cit.az  
Tel. 492 44 44.
multimedia@cit.az