26.01.2009
 

  “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabı 

nəşr olunub

 

Multimedia Mərkəzi tərəfindən “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabı çap olunub. 


Kitab informasiya münasibətlərinin, informasiya  istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün  Jurnalistlərin  yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.


Kitabda  müəllif tərəfindən həm informasiya texnologiyaları sahəsində elmi–ictimai araşdırmalar çərçivəsində əldə etdiyi təcrübədən , həm də artıq  bir  neçə il BDU və Bakı Slavyan Universitetində İnternet-Jurnalistika kursunun  tədrisi prosesində toplanılan təcrübədən, geniş  istifadə olunub. Kitabın yazılmasında həmçinin Azərbaycan İnternet Forumu  və Multimedia Mərkəzi tərəfindən İnternet-jurnalistikanın inkişafı istiqamətində gerçəkləşdirdiyi Layihələrin materiallarından istifadə edilib.


Kitabda Bloqların yaradılması və yenilənməsi, İnternetdə sosial şəbəkələr və onlardan istifadə qaydaları, İnternetdə axtarışın sirləri, İnternetdə reklamdan gəlir əldə etmək yolları, Mobil internet, Jurnalistlər üçün faydalı internet resurslar haqqında bilgilər verilib.


Kitabın redaktoru AMEA-nın müxbir  üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir.


Kitab 104 səhifə həcmindədir.

 

Kitab Multimedia Mərkəzi tərəfindən İrex-Medianın dəstəyi ilə həyata keçirilən “Jurnalistlərin İKT  bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində hazırlanıb və çap olunub.

 

 

Multimedia Mərkəzi

492-44-44

www.cit.az