Diqqət !

 

“İnformasiya  Cəmiyyətinin Jurnalistli”  Layihəsi həyata keçirilməyə  başlanıb.

Layihə Multimedia Mərkəzi, Azərcell, ULTRA  və HP şirkətləri tərəfindən gerçəkləşdirilir.

 

Layihənin keçirilməsində  məqsəd ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını cəmiyyətə  çatdırmaq, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 

Layihənin qarşısında duran vəzifələr

1. İctimaiyyətin, dövlət orqanlarının və medianın diqqətini İnformasiya Cəmiyyəti quruculuğuna, bu sahədəki problemlərə və onların aradan qaldırılması yollarına cəlb etmək.

2. Jurnalistləri   İKT ilə, İnformasiya Cəmiyyəti ilə bağlı dünyada və ölkədə  gedən ən yeni proseslərlə tanış etmək.

3. İnformasiya Cəmiyyətinin Jurnalistlərini hazırlamaq.

 

Həyata keçiriləcək tədbirlər

1. İnformasiya Cəmiyyətini mövzusunda yazan Jurnalistlərin professional   
    hazırlığının yüksəldilməsi üçün Treninqlərin keçirilməsi.

2. İnformasiya Cəmiyyəti  sahəsində ən yaxşı Jurnalistlərin  Müsabiqəsinin  
    keçirilməsi

 

Multimedia Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5

www.cit.az

Tel. 492 44 44.

info@cit.az