Müsabiqə

 

Multimedia Mərkəzi tərəfindən “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin  müsabiqəsi keçirilir. Layihə Azərcell, ULTRA və HP  şirkətləri tərəfindən dəstəklənir.

 

Müsabiqənin keçirilməsində məqsəd ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 

Müsabiqədə İKT sahəsindən və informasiya cəmiyyəti quruculuğundan yazan  jurnalistlər   iştirak edə bilər.

 

Müsabiqə 1 nominasiya üzrə keçirilir:

  1.  İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti

 

Yazı mətninin  həcmi on beş min işarədən çox olmamalıdır. Müsabiqəyə 01 yanvar 2009-cu ildən, 30 aprel 2010-cu il tarixədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 07 may 2010-cu il tarixədək həyata keçiriləcək.

Başqa layihə çərçivəsində hazırlanan materiallar, həmçinin kommersiya və reklam  məqsədilə hazırlanan materiallar qəbul edilmir.

Müsabiqəyə təqdim olunan materialın Azərbaycan dilli  versiyasının olması zəruridir.

 

Mükafatlar

1.      İnformasiya Cəmiyyətinin  ən yaxşı jurnalisti

Mükafatlar (I, II və III yerlər)

Qaliblər diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Təşkilatçılar tərəfindən informasiya cəmiyyətinin xüsusi nominasiyaları da müəyyən oluna  bilər.

Müsabiqənin təxmini mövzuları

  1. Azərbaycanda İKT-nin inkişaf tarixi
  2. Azərbaycanın inkişafında İKT-nin rolu və əhəmiyyəti
  3. İKT sahəsində fəaliyyət  göstərən şirkətlərin və onların təklif  etdiyi xidmətlərin  cəmiyyətdə yeri və rolu.
  4. İKT sahəsində  təhsil .
  5. Müasir  dövrdə Azərbaycanda intellektual mülkiyyətin  qorunması
  6. Kompüter proqramlarının milli versiyalarının inkişafı
  7. Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes, elm, səhiyyə və s.) İKT-nin tətbiqi
  8. İnternet media
  9. Elektron hökumət
  10. Elektron Azərbaycan

Müsabiqəyə aşağıdakılar təqdim olunmalıdır

 

  1. Dərc olunmuş materialın orijinalı və yazının elektron forması. İnformasiya subyektinin adı, nömrəsi və tarix qeyd olunmaqla.
  2. Müsabiqə iştirakçısı haqqında məlumat (xüsusi formada)

 

Materialları xayala@cit.az  və ya m_xayala@yahoo.com ünvanlarına  göndərə bilərsiniz. Tel. 055 760 86 27

 

Təqdim olunmuş materiallar qiymətləndirilərkən aşağıdakılara üstünlük verilir:

-         materialın mövzuya aidliyi;

-         jurnalistin və ya KİV orqanının sahə üzrə peşəkarlığı;

-         materialın aktuallığı;

-         sosial əhəmiyyəti;

-         obyektivliyi;

-         dolğunluğu və əhatəlilik.

 

Yazılar 10  ballıq sistem üzrə  qiymətləndirilir.  Münsiflərin verdiyi  ballar əsasında  ümumi  bal  çıxarılır.

Müsabiqənin Jürisi ölkənin tanınmış İKT və media nümayəndələrindən ibarət olmaqla formalaşdırılacaq.

Layihə Multimedia Mərkəzi, Azərcell, HP və ULTRA şirkətlərinin iştirakı ilə  gerçəkləşdirilir.

Müsabiqə materiallarını

 

Əlavə məlumat üçün:

 Multimedia Mərkəzi

www.cit.az

info@cit.az
492-44-44