11.02.2009

Azərbaycan İnternet Forumunun
məlumatı

Məlum olduğu kimi “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi keçirilir.

Bu  gün "İnformasiya  Cəmiyyətinin ən yaxşi KIV-i"  və "İnformasiya  Cəmiyyətinin ən yaxşı jurnalisti" nominasiyaları üzrə keçirilən bu   Musabiqənin Münsiflər  Heyətinin yığıncağı  keçirilib.  Münsiflər Heyəti  dövlət, özəl və ictimai sektoru təmsil edən, tanınmış İKT və media nümayəndələrindən ibarət olmaqla formalaşdırılıb.

Münsiflərin toplantısında 17  Jurnalist tərəfindən Müsabiqəyə təqdim olunan yazıların   və 15 KİV  subyektinin Müsabiqə  qaydalarına  uyğun olaraq  qiymətləndirilməsi prosesi keçirilib.

 

Nəticələrin elan olunmasının və mükafatlandırılma mərasiminin yaxın  günlərdə keçirilməsi  nəzərdə tutulub. Qaliblərə  qiymətli hədiyyələr və Diplomlar təqdim olunacaq.

 

Ötən ildən  başlayaraq  hər il  keçirilən bu Müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.


 Layihə RİTN, Azərbaycan İnternet Forumu,  HP ULTRA  şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.


Geniş məlumat : www.cit.az  

AİF
492 44 44.
multimedia@cit.az