Press reliz

19.11.2009

 

Multimedia

İnformasiya Sistemləri və Texnologiyaları

Mərkəzinin

 

MƏLUMATI

 

Bu  gün Akademik Zərifə Əliyeva adına məktəbdə Multimedia Mərkəzi tərəfindən nəşr olunan “Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini  giriş sözü ilə  BDU-nun kafedra müdiri  Cahangir Məmmədli açıb.

Kitabın  naşiri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz kitab haqqında, onun yazılmasının səbəbləri haqqında geniş məlumat verib. O, kitabın müəllifləri Nazim RüstəmovaRamin Fərəcova ,  həmçinin kitabın  elmi redaktoru Ramin Mahmudzadəyə, kitabın  ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

O, kitabın proqramlaşdırma sahəsində Azərbaycandilli istifadəçilərin milli ədəbiyyata ciddi ehtiyacı olduğunu nəzərə alaraq yazıldığını bildirib. 10 Bölümdən və 300 səhifədən ibarət olan kitabın ali və orta təhsil müəssisələrində proqramlaşdırmanı yeni öyrənməyə  başlayanlar üçün nəzərdə tutulduğunu bildirib. Kitabda proqramlaşdırma sahəsində  ilkin bilik və bacarıqların mənimsənilməsi yolları haqqına bilgilərin yer aldığı vurğulanıb.

 

Təqdimat mərasimində müəlliflər Nazim RüstəmovRamin Fərəcov, BDU-nun dosenti Ramin Mahmudzadə,  Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, MTN-nin Akademiyasının tədris hissə müdiri Vaqif Qasımov,  Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İKT sektorunun müdiri Əli Kərim, İKT üzrə ekspert Firidun Əhmədov , məktəbin direktoru Məhəbbət Vəliyeva və İTK üzrə direktor  müavini Aygün Əzizova , proqramçı Ramin Orucov və başqaları  çıxış ediblər.

Çıxışlarda Azərbaycanda İnformasiya  Cəmiyyətinin formalaşması prosesinin getdiyi indiki vaxtda kitabın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kitabın geniş oxucu kütləsinə çatdırılmasının vacibliyi bildirilib.


Kitab Təhsil nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə edilib.

 

Multimedia Mərkəzi

492-44-44

info@cit.az

www.cit.az