27.05.2009

Multimedia
İnformasiya Sistemləri  və Texnologiyaları
Mərkəzinin

 

 

02 iyun  2009-cu il tarixdə i  “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və  perspektivlər” mövzusunda  Dəyirmi Masa keçiriləcək.

 

Dəyirmi Masa Multimedia Mərkəzi tərəfindən ACİ Yardım Fondunun dəstəyi ilə

həyata keçirilən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində keçirilir.       

Tədbirdə dövlət qurumlarının rəsmi  saytlar  vasitəsilə açıqladığı informasiyaların  monitorinqinin gedişi haqqında məlumatlar da təqdim olunacaq.  

Dəyirmi Masada  Rusiya  Federasiyasında Federal orqanların informasiya  açıqlığının araşdırılması  sahəsində  çalışan İnformasiya Azadlığı İnstitutunun nümayəndələri də iştirak edəcək.

Məlumat  verildiyi  kimi  hazırda Multimedia Mərkəzi və yuxarıda  adı çəkilən qurum  tərəfindən  vahid  Metodika  hazırlanmış  və  bu  Metodika  əsasında ictimai informasiya a subyektlərinin  informasiya  aşıqlığı üzrə  monitorinqi  keçirilir.   

Dəyirmi Masada dövlət orqanlarının, Bələdiyyələrin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq  təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Dəyirmi Masa 02 iyun 2009-cu il tarixdə, saat 11.00-da Azərbaycan Media Mərkəzində keçiriləcək.                                                                                       

Ünvan: Dilarə Əliyeva k , 218, Tel: 493 25 22   

 

 

Multimedia Mərkəzi

Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org