07.05.2008

 

Multimedia

İnformasiya Sistemləri  və Texnologiyaları

Mərkəzinin

 

Məlumatı

 

     “İnformasiya  Azadlığının İnkişafı” Koalisiyası  və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən  13 may  2008 - cı il  tarixdə , saat 11.00-da , BMM-də  “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçiriləcək.

     Təqdimat mərasimində 50 dövlət qurumunun rəsmi internet resursunun ötən yarım il müddətində həyata keçirilən Monitorinqinin nəticələri açıqlanacaq. Dövlət  qurumlarının informasiya açıqlığı üzrə  Reytinq Cədvəli  təqdim olunacaq.

    Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Koalisiya tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.

Tədbirdə  ictimai əhəmiyyətli informasiyaların yayılması  sahəsində mövcud  vəziyyət  və problemlər, dövlət  qurumlarının internet  resurslarının  bu sahədəki rolu ətrafında  müzakirələr də  aparılacaq.    

     Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

      Tədbir Counterpart İnternational təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya  azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində keçirilir.

 

 Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.informasiya.org