21.01.2009

Multimedia

İnformasiya Sistemləri  və Texnologiyaları

Mərkəzinin

 

Məlumatı

 

        Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən
28 yanvar  2009- cu il  tarixdə  “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək” Layihəsinin yekunlarına həsr olunan  Təqdimat mərasimi keçiriləcək.

       Təqdimat mərasimində Layihə çərçivəsində keçirilən Treninqləri  başa  vuran jurnalistlərə Sertifikatlar təqdim olunacaq və “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları” kitabı təqdim olunacaq.

      Təqdimat mərasimində  dövlət qurumlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq  təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

        Daha  geniş məlumat www.cit.az   saytında yerləşdirilib.

        Layihə İREX Media  təşkilatı  tərəfindən dəstəklənib.

 

 

 

 Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.cit.az

info@informasiya.org