26.12.2008

 

Azərbaycan İnternet Forumunun

məlumatı

 

AİF rəhbəri Osman Gündüz  Milli Televiziya və Radio Şurasının sədri cənab Nuşirəvan Məhərrəmliyə Müraciət edib.

 

Müraciətdə  "BBC", "Amerikanın Səsi" və "Azadlıq" radiolarının milli tezliklərdə yayımının dayandırılması ilə bağlı məsələnin müzakirəsinə həsr olunan MTRŞ –in toplantısında iştirak etmək üçün şərait yaradılması xahiş olunub.

 

Müraciətdə bu məsələnin kifayət qədər ictimai əhəmiyyət kəsb etdiyi, dövlətə məxsus olan tezlik resurslarının tənzimlənməsində vətəndaş cəmiyyətinin və əslində bu tənzimləmədən kənarda qalan MTRŞ-in  iştirakının gücləndirilməsinin zəruri olduğu,  tezlik resurslarından səmərəli və effektiv istifadə sahəsində ictimai  maraqların nəzərə alınmasının vacibliyi qeyd edilib.


 

AİF

www.cit.az
www.aif.az

492-44-44