12.12.2008

Multimedia

İnformasiya Sistemləri  və Texnologiyaları

Mərkəzinin

 

Məlumatı

 

     Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən
15 dekabr 2008- cı il  tarixdə , saat 11.00-da , Azərbaycan Media Mərkəzində  “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.

       Dəyirmi  Masada informasiya  azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan  İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud  vəziyyət  və problemlər ətrafında müzakirələr  aparılacaq. İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı Multimedia Mərkəzi tərəfindən hazırlanan Təkliflər təqdim olunacaq. Həmçinin dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqinin nəticələri açıqlanacaq.

      Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

       Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən dəstəklənən “İnformasiya  azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması”  Layihəsi çərçivəsində keçirilir.

        Daha  geniş məlumat www.informasiya.org  saytında yerləşdirilib.

 

 

 Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.informasiya.org 

info@informasiya.org