12.01.2009

Multimedia

İnformasiya Sistemləri  və Texnologiyaları

Mərkəzinin

 

Məlumatı

 

        Multimedia Mərkəzi tərəfindən İctimai İnformasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə  bağlı Təkliflər hazırlanaraq Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinə təqdim edilib.

     Təkliflər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən dəstəklənən “İnformasiya  azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması”  Layihəsi çərçivəsində hazırlanıb.

     Ötən ilin sonunda  dövlət, özəl və ictimai sektorun nümayəndələrinin iştirakı ilə “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər” mövzusunda keçirilən  Dəyirmi Masada səslənən fikirlər də Təkliflərdə öz əksini tapıb.

     Təkliflərdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində mühüm amillərdən biri olan İctimai İnformasiya Mərkəzlərinin yaradılmasının hüquqi, təşkilati və informasiya təminatı ilə  bağlı əsasları qeyd olunub.

     Adı çəkilən Layihə çərçivəsində həmçinin Elektron hökumət quruculuğunda əsas istiqamətlərdən biri olan  dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqi aparılıb. Monitorinqin nəticələri və Layihə haqqında  geniş məlumat www.informasiya.org  saytında yerləşdirilib.

 

 

 Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.informasiya.org 

info@informasiya.org