19.09.2008

 

SEÇKİ 2008 QHT Koalisiyasının


açıqlaması

 

Xəbər  verildiyi kimi Seçki 2008 QHT Koalisiyası  tərəfindən Prezident seçkiləri ilə bağlı SEÇKİ 2008 internet resursu hazırlanıb. İnternet resurs www.sechki2008.org  ünvanında yerləşir. Saytın hazırlanmasında məqsəd seçki prosesində seçicilərin informasiya əldə etməsi üçün alternativ informasiya mənbəyi formalaşdırmaqdan ibarətdir.


Sechki 2008 saytı “Xəbərlər”, “Monitorinq”, “Qanunvericilik”, “Press-reliz”, “Partiyalar və bloklar”, “Namizədlər” bölmələrindən ibarətdir.


Xəbərlər bölməsində seçkilərlə bağlı gündəlik ölkə mətbuatında gedən yazılar və Koalisiyanın  hazırladığı xəbərlər öz əksini tapır. Ümumiyyətlə saytda seçkilərlə bağlı, seçki qanunvericiliyi ilə  bağlı, Namizədlərlə bağlı, seçki prosesinin monitorinqi ilə bağlı, seçki subyektləri ilə  bağlı kifayət  qədər statistik və informasiya yönümlü xəbərlər yerləşdirilib.

Saytın təkmilləşdirilməsi və  informasiya ilə zənginləşdirilməsi prosesi  davam edir.


İnternet resurs Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir

 

SEÇKİ 2008 QHT Koalisiyası

www.sechki2008.org