27.05.2010
                                                   Multimedia Mərkəzinin
                                                                 məlumatı
 

Bu gün “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

Multimedia Mərkəzinin direktoru  Osman Gündüz tədbiri  açaraq  artıq hər il keçirilən Layihənin əsas məqsədi, ölkədə informasiya  cəmiyyəti quruculuğu sahəsində bu layihənin  rolu haqqında danışıb.

O, “İnformasiya Cəmiyyətinin Jurnalisti”  Layihəsinin yekunları ilə  bağlı məlumat verib. Layihə çərçivəsində Jurnalistlər  üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli Treninqlərin keçirildiyini bildirib. Təlimlərin  ölkənin İKT və media sahəsində ən tanınmış mütəxəssislərin tərəfindən  keçirildiyi qeyd olunub. O , həmçinin Layihə çərçivəsində   “İnformasiya cəmiyyətinin jurnalisti”  nominasiyaları üzrə Müsabiqənin keçirildiyini qeyd edib.  Müsabiqəyə 14 Jurnalist tərəfindən yazı təqdim olunduğu qeyd edib. Yazıların tanınmış media və İKT ictimaiyyətinin nümayəndələrindən ibarət olan Münsiflər Heyəti tərəfindən qiymətləndirildiyini vurğulayıb.


Təqdimat mərasimində çəkilmiş  fotolara buradan baxa biləırsiniz

Azercell  şirkətinin nümayəndəsi Ülviyyə Həsənzadə və  HP  şirkətinin nümayəndəsi Səbinə Pərvizi çıxış edərək  bu tip Layihələrin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna təkan  verəcəyini bildiriblər. Özəl sektorun nümayəndələri olaraq  bu sahənin inkişafında maraqlı olduqlarını və  hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.

Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla  başa vuran 19 nəfərə Sertifikatlar təqdim olunub.
Təqdimat mərasimində “İnformasiya cəmiyyətinin ən yaxşı  jurnalisti” nominasiyası üzrə  qaliblər  elan edilib.

 “İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri  Fərəh Sabirqızı (Express qəzetində dərc olunan “Tələbələrimizin kompüter qayğıları” yazısı) qazanıb.
2-ci yeri iki jurnalist tutub : Vüqar Haqverdiyev ( Azərbaycan qəzetində dərc olunan “İnformasiya və inkişaf” yazısı)  və  Ülviyyə Şamilqızı ( Xalq Cəbhəsi qəzetində dərc olunan “İnternet Medianın problemləri”  yazısı) qazanıblar.
3-cü yeri 3 nəfər tutub: İsmayıl İsmayılov ( Mediaforum saytında  dərc olunan “İnternet media” yazısı),  Fuad Hüseynzadə  ( Paritet qəzetində dərc olunan “Azərbaycanda mobil texnologiyanın yeni mərhələsi” yazısı) və Cəvahir Səlimqızı ( Mərkəz qəzetində dərc olunan “Virtual aləmin real faciəsi” yazısı).

Münsiflər tərəfindən Elxan Salahov (Lent.az ) və Babək Cahandarovun  ( Paritet) müsabiqəyə təqdim etdikləri yazılarına görə  fərqləndikləri qeyd edilib.

Qaliblərə və fərqlənənlərə  Diplomlar və Azercell , HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri
( Netbook, çoxfunksiyalı printerlər, mobil telefon, rəqəmli fotoaparat, rəqəmli diktofon və s) təqdim olunub.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov,  İTV Yayım Şurasının sədri, Münsiflər heyətinin üzvü  Cahangir Məmmədli, ekspert və münsif Azər Həsrət və digərləri çıxış edərək özəl sektor  və  ictimai qurum tərəfindən dəstəklənən bu tip
Layihələrin mühüm əhəmiyyət  kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna  ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.

Layihə  Azercell,  HP ULTRA şirkətləri tərəfindən dəstəklənib.

Layihə haqqında geniş məlumat www.cit.az saytında yerləşdirilib.  
 
Multimedia Mərkəzi
www.cit.az  
Tel. 492 44 44.
info@cit.az