28.01.2009

Multimedia

İnformasiya Sistemləri  və Texnologiyaları

Mərkəzinin

 

Məlumatı

 

     Bu gün Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək” Layihəsinin yekunlarına həsr olunan  Təqdimat mərasimi keçirilib.

     Təqdimat mərasimində Layihə çərçivəsində keçirilən Treninqləri  başa  vuran 52 nəfər  jurnalistə Sertifikatlar təqdim olunub.

    Tədbirdə həmçinin  Layihə çərçivəsində  hazırlanan  “Jurnalistlər üçün İnformasiya  Texnologiyaları” kitabı təqdim olunub.

    
    Təqdimat mərasimində BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Xəzər TV-nin əməkdaşı, professor Qulu Məhərrəmli, İREX - Medianın nümayəndəsi Ələsgər Məmmədli, TURAN Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun dosenti Zaur Babayev, Sahil İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Vahid  Qasımov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova , Kitab Klubunun əməkdaşı Fazil Kərimov, Xəbərlər.az  İnternet Portalının redaktoru Ellada Mustafayeva və digərləri  çıxış ediblər. Onlar  Sertifikat alanlara uğurlar arzulayıb və  kitabın ölkədə İnformasiya Cəmiyyəti quruculuğunda müsbət rol oynayacağını bildiriblər.

    Təqdimat mərasimində  Medianın, Vətəndaş Cəmiyyəti subyektlərinin, İKT ictimaiyyətinin və beynəlxalq  təşkilatların nümayəndələri  iştirak edib.

    Daha  geniş məlumat www.cit.az   saytında yerləşdirilib.

    Layihə İREX Media  təşkilatı  tərəfindən dəstəklənib.

 

 

 Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.informasiya.org 

info@informasiya.org