16.02.2009

Azərbaycan İnternet  Forumunun
məlumatı 

 

AİF bildirir ki,   19 fevral 2009-cu ildə, saat 14.00-da   AzTelekom- da “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına  həsr olunan Təqdimat mərasimi  keçiriləcək.

Tədbirdə qeyd olunan Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə keçirilən Müsabiqənin qaliblərinə Diplomlar və hədiyyələr  təqdim olunacaq.

 Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan

Layihə  RİTN, Azərbaycan İnternet Forumu, HPULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  
 
AİF
Tel. 492 44 44.
multimedia@cit.az