24.05.2010
Multimedia Mərkəzinin
məlumatı

27 may 2010-cu il tarixdə Multimedia Mərkəzi tərəfindən həyata keçirilən  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan  Təqdimat mərasimi keçiriləcək.

Mərasimdə adı çəkilən Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti”  mövzusunda keçirilən Müsabiqənin qalibləri elan olunacaq və onlara Diplomlar və hədiyyələr  təqdim olunacaq. Qaliblər 26 may tarixdə keçirilməsi nəzərdə tutulan Münsiflər Heyətinin   toplantısında  müəyyən olunacaq.

Bu il keçirilən  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində 6 gün Treninq keçirilib, 8 ekspert tərəfindən təlimlər aparılıb,  25 nəfər Treninqləri uğurla başa vurub, Müsabiqəyə 14 yazı təqdim olunub.

 Hər il keçirilən bu Layihənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 Layihə Azercell,  HP ULTRA  şirkətləri tərəfindən dəstəklənir.

Geniş məlumat : www.cit.az   

Multimedia Mərkəzi
492 44 44.
info@cit.az