01.05.2010

Multimedia Mərkəzinin məlumatı

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr  iştirak edib.
Treninqdə
Silverkey şirkətinin prezidenti Fərid İsmayılzadə Elekron ticarət və Online ödəmələr  mövzusunda Jurnalistlər  qarşısında çıxış edib. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

 Layihə çərçivəsində həmçinin jurnalistlər üçün  “Azrbaycan dilinin İKT sahəsində tətbiqi” “İnformasiya təhlükəsizliyi”  mövzularında məşğələlər təşkil olunacaq.

Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azercell, HP və ULTRA şirkətlərinin dəstəyi ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az