03.04.2010

Multimedia Mərkəzinin məlumatı

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə ilk Treninq keçirilib. Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr  iştirak edib.
İlk Treninqdə Meqa şirkətinin nümayəndəsi Qabil Qasımov İnternetdə effektiv axtarış üsulları haqqında məlumat verib. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   

 Layihə çərçivəsində həmçinin jurnalistlər üçün "İnternet reklam" , “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “Elektron ticarət”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.

Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azercell, HP və ULTRA şirkətlərinin dəstəyi ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az