28.10.2008

 

Multimedia

İnformasiya Sistemləri və Texnologiyaları

Mərkəzinin

 

MƏLUMATI

 

Bu  gün  Multimedia Mərkəzi tərəfindən  həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək”Layihəsi çərçivəsində Treninqlərin növbəti mərhələsi başlanıb.

Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edir.

Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında  və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında  Jurnalistlərə məlumat  verib. Layihə çərçivəsində artıq 30  jurnalistin bu  cür  Treninqləri  başa  vurduğu  bildirilib. O,  Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu  qeyd edib.

İlk məşğələmin mövzusu  “Elekron xidmətlər. Online ödəmə. Elektron sorgular. Elektron ticarət. Elektron formada  alqı-satqı əməliyyatlarının icrası. İnternet bankinq “  haqında olub . Silverkey şirkətinin rəhbəri Fərid İsmayılzadənin mövzu ilə  bağlı təqdimatı olub. Treninq iştirakçılarını  maraqlandıran çoxsaylı suallar nəzərə alınmaqla  mövzu ətrafında praktiki nümunələr təqdim olunub.

Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.

Layihə çərçivəsində İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili də nəzərdə tutulub.

Layihə İREX –Media təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat : www.cit.az
 
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az