11.05.2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində keçirilən Treninqlər  başa  çatıb

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə
keçirilən Treninqlər  başa  çatıb. Treninqdə müxtəlif KİV-lərdə çalışan 25 nəfər  jurnalistlər və jurnalist-tələbələr  iştirak edib.
Sonuncu Treninqdə Sahil şirkətinin direktoru Vahid  Qasımov "İnformasiya  Təhlükəsizliyi" mövzusunda  və  İnfotex təşkilatının nümayəndəsi , ekspert Firudin Əhmədov "İKT və Azərbaycan dili " mövzularında Jurnalistlər  qarşısında çıxış ediblər. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  


Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.
 

May  ayının sonunda Treninq iştirakçılarına  Sertifikatların  təqdim edilməsi və Layihə çərçivəsində keçirilən Müsabiqənin qaliblərinin mükafatlandırılması məqsədilə Təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azercell, HP və ULTRA şirkətlərinin dəstəyi ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  
 

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az