19.04.2010

Multimedia Mərkəzinin məlumatı

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr  iştirak edib.
Treninqdə
ekspert Azər Həsrət Beynəlxaq Jurnalist Resursları haqqında və AİF üzvü , blogger İlgar Mirzə BLOQLAR  mövzularında Jurnalistlər  qarşısında çıxış ediblər. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

 Layihə çərçivəsində həmçinin jurnalistlər üçün  “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “Elektron ticarət”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika”  mövzularda məşğələlər təşkil olunacaq.

Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azercell, HP və ULTRA şirkətlərinin dəstəyi ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az