29.10.2008

 

Multimedia

İnformasiya Sistemləri və Texnologiyaları

Mərkəzinin

 

MƏLUMATI

 

  Multimedia Mərkəzi tərəfindən  həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək”Layihəsi çərçivəsində növbəti Treninq keçirilib.

  Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edir.

  Meqa şirkətinin rəhbəri Qabil Qasımov  “İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı. Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar “  mövzusunda   təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını  maraqlandıran çoxsayllara aydınlıq gətirilib.

 

  Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.

    Layihə çərçivəsində  İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.

Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.

Layihə İREX –Media təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat : www.cit.az

 
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az