18.10.2008

Azərbaycan İnternet Forumunun
məlumatı

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə ilk Treninq keçirilib. Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr  iştirak edib.
AzTelekom İB-nin Tədris Mərkəzində  təşkil olunan bu Treninqdə RİTN-nin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov “Elektron Azərbaycan” mövzusunda jurnalistlər qarşısında təqdimat aparıb. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   

 

Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya cəmiyyətində insan hüquqlarının spesifik xüsusiyyətləri”, “Elektron imza”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.

Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, , HP ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az  

AİF
www.aif.az
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az