19.07.2008

 

Multimedia

İnformasiya Sistemləri və Texnologiyaları

Mərkəzinin

 

MƏLUMATI

 

Bu  gün  Multimedia Mərkəzi tərəfindən  “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək”Layihəsi çərçivəsində təşkil olunan Treninqlərə start verilib.

Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edəcək.

 

Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında  və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında  Jurnalistlərə məlumat  verib. O,  Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu  qeyd edib.

 

Mətbuat Şurasının sədr müavini Umud Rəhimlu , BDU –nun Mətbuat Tarixi  kafedrasının müdiri  Cahangir Məmmədliekspert Azər Həsrət çıxış edərək Jurnalistlərin peşəkarlığı üçün İKT  bacarıqlarına malik olmağın mühüm əhəmiyyət  kəsb etdiyini bildiriblər və onlara Treninqlərdə uğurlar arzulayıblar.  


İlk məşğələmin mövzusu “İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı. Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar “  haqında olub . Meqa  şirkətinin təmsilçisi  Qabil Qasımov vəı Zabil Ibayevin mövzu ilə  bağlı təqdimatları olub. Treninq iştirakçılarını  maraqlandıran çoxsaylı sualları nəzərə alınmaqla  praktiki nümunələr təqdim olunub.

 

Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.


Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək.
Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.


Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat : www.cit.az
 
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az