Diqqət !

 

Sabah , 11 oktyabr 2008-ci il tarixdə saat 15 –də “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlərə start  veriləcək.

 

Layihənin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını cəmiyyətə  çatdırmaq, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

 

Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə  İKT  və media sahəsində tanınmış mütəxəssislər,  ekspertlər və alimlər tərəfindən aparılacaq.  

 

Treninqlərdə müxtəlif media  subyektlərində  çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan  tələbələr  - gənc Jurnalistlər iştirak edəcəklər bilərlər.

 

Layihə  çərçivəsində həmçinin  "İnformasiya  Cəmiyyətinin ən yaxşi KIV-i"  və "İnformasiya  Cəmiyyətinin ən yaxşı jurnalisti" nominasiyaları üzrə  Musabiqə  də olacaq  və  Müsabiqə  artıq  elan olunub ,  bu haqda  mətbuatda məlumat verilib. Müsabiqəyə və  Treninqlərə  dekabr ayında yekun vurulacaq.

 

Treninqlər  şənbə günləri saat 11.00 - 14.00- dək keçiriləcək.

 

Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan İnternet Forumu , HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə həyata keçirilir.

 

 


Azərbaycan İnternet Forumu
AZ1001, Bakı, M. Əfəndiyev k. 5

www.cit.az

Tel. 492 44 44.

multimedia@cit.az