Azərbaycan İnternet Forumunun məlumatı

 

02 may 2008-ci il tarixdə Azərbaycan İnternet Forumu  tərəfindən “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və problemlər”  mövzusunda  Dəyirmi Masaya keçiriləcək.
Dəyirmi Masada  azyaşlı kompüter və internet istifadəçilərinin zərərli informasiyalardan qorunma yolları və metodları  ətrafında , həmçinin bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər  və müəllimlər üçün zəruri olan  metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələr aparılacaq.

Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin, özəl sektorun və beynəlxalq qurumların  nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

AİF