17 fevral  2003

Press-reliz

              

Azərbaycan İnternet Forumunun

Məlumatı

 

     Ötən gün saat 23.00-dan etibarən Azərbaycanın İnternet seqmentinin böyük bir hissçəsinin  Qlobal Şəbəkə ilə əlaqəsi kəsilmişdir. Ölkənin internet istiadəçilərinin , həmçinin  vacib əhəmiyyətli dövlət və xarici qurumların İnternet bağlantısı yaratdığı  Azeurotel , İntrans və AzCom  İnternet Provayderləri öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb.

     İlkin araşdırmalar nəticəsincdə məlum olub ki, Rabitə Nazirləyinə məxsus qurumlar tərəfindən  Azeurotel Birgə Müəssisəsinə malik  yüksək ötürücülük qabiliyəəti olan fiber optik kanallar  kəsilib. Azeurotel şirkətinə məxsus  peyk terminalı ilə qəbul edilən  informasiya  məhz həmin fiberoptik kanal vasitəsilə son nöqtələrə çatdırılırdı. Nəticədə həm Azeurotel in , həmdə onun kanalları üzərindən İnternetə qoşulan Provayderlərin hamısının Qlobal Şəbəkə ilə əlaqəsi kəsilmişdir.

     Azeurotel şirkətinə məxsus olan mütəxəssislərə bərpa işlərinin aparılması üçün RN tərəfindən icazə verilməyib.

     AİF baş verənləri ölkənin informasiya təhlükəsizliyi üçün olduqca ciddi  təhlükə hesab edir , məsuliyyətsiz və qanunsuz hərəkt etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir.

     AİF  bildirir ki, RN-nin strukturları tərəfindən dəfələrlə bu cür qeyri-qanuni hərəkətlərə yol verilmişdir. Milli informasiya fəzasının formalaşmasına, Dünya ilə beynəlxalq inteqrasiya prosesinin normal qurulmasına laqeyd və sayğısız münasibət RN üçün adi hal alıb.

     Dövlətin informasiya təhlükəsizliyi sahəsində siyasətinin indiyədək müəyyənləşməməsi də bü cür məsuliyyətsiz və qanunsuz hərəkətlərə gətirib çıxarır.

     AİF bir daha  bildirir ki, ölkənin informasiya fəzasının formalaşmasına qeyri-ciddi münasibət , milli informasiya təhlükəsizliyinə laqeyd münasibət mürəkkəb geopolitik məkanda yerləşən Azərbaycan üçün olduqca ağır nəticələrə gətirib çıxaracaq.

 AİF

Tel :   97-32-96

Mobil: 8(50/55) 311 70 45

Veb:   www.aif.az , www.cit.az

Email: info@cit.az

 

 

 


Copyright 2001,  Multimedia Center
Send comments and problems to info@cit.az