Press reliz

06 may  2003

Azərbaycan İnternet Forumunun

Məlumatı

 Xəbər verildiyi kimi ötən gün  Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı tərəfindən dəstəklənən “ İKT–nin inkişafı üzrə Milli Strategiya“ Layihəsi  çərçivəsində hazırlanmış  Qanun layihələrinin müzakirəsinə həsr edilmiş Dəyirmi Masa keçirilib.  Beynəlxalq ekspertlərin də iştirak etdiyi tədbirdə Layihə üzrə yaradılmış müvafiq İşçi Qrupunun hazırladığı “Elektron rəqəmli imza haqqında ”, “Elektron ticarət haqqında” və c. Qanun layihələri müzakirə edilmişdir.

  AİF təəssüflə bildirir ki, bununla baglı mətbuatda əsassız və həqiqətə uygun olmayan məlumatlar yayılıb. Belə ki, qeyd olunan Qanun layihələrinin Beynəlxalq ekspertlər tərəfindən müsbət rəy verildiyi , Beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyi bildirilib.

 Əslində isə Beynəlxalq ekspertlər Qanun layihələrinin qətiyyən beynəlxalq standartlara cavab vermədiyi haqda rəy veriblər. AİF-in bir qədər öncə Milli Məclisə təqdim etdiyi Rəylə tamamilə üst-üstə düşən həmin sənəddə Beynəlxalq Ekspertlər Layihələrin Avropa Parlamentinin və BMT-nin müvafiq prinsiplərinə uyğun olaraq yenidən işlənməsini tövsiyyə ediblər. Rəy Milli Məclisə və Milli Strategiya Layihəsinin rəhbərliyinə təqdim edilib.

 AİF vacib əhəmiyyətli qanun layihələrinin hazırlanmasına və qəbul edilməsinə  heç bir ciddi səbəb olmadan uzun müddət vaxt itirilməsindən təəssüfləndiyini bildirir.  Milli Məclis və Milli Strategiya rəhbərliyi tərəfindən adı çəkilən Qanun layihələrinin hazırlanmasına qeyri-ciddi münasibət göstərilmiş, şəffaf müzakirələr aparılmamış, nəticədə müvafiq İşçi Qrupları tərəfindən müəyyən Korporativ maraqlara xidmət edən Layihələr  hazırlanmışdır. 

AİF beynəlxalq ekspertlərin Rəyinin mətbuatda dərc edilməsini ( İnternetdə yerləşdirilməsini) zəruri hesab edir.    

 AİF  bir daha bütün maraqlı tərəflərin iştirakı ilə şəffaf müzakirələrin aparılmasını vacib hesab edir.

 

AİF

Tel :   92-44-44

Mobil: 8(50/55) 311 70 45

Veb:   www.aif.az , www.cit.az

Email: info@cit.az