26 may 2003

 Press-reliz

 

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin    

                                                Məlumatı

 

     Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi Tarif Şurasına Müraciət edib.

Müraciətdə ölkədə təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi sahəsində TŞ-nin rolunun artırılması, tezlik resursundan və yerüstü peyk antenalarından istifadə ilə bağlı Təkliflər irəli sürülüb.

     Tezlik resurslarına və yerüstü peyk stansiyalarından  istifadəyə hazırda Rabitə Nazirliyi tərəfindən qeyri-qanuni olaraq tətbiq edilənTariflərin beynəlxalq standartlara uyğun olmadığı, telekommunikasiya və internetin inkişafına ciddi maneçilik törətdiyi ğurğulanıb.

      Müraciətdə tezlik resursunun dövlətə məxsus olduğu, bundan istifadə edən RN-nin isə təbii inhisar subyekti kimi qeyri-qanuni gəlir əldə etdiyi əsas gətirilərək , tezliklərdən istifadə ilə bağlı rüsumların RN-nin kassasına deyil , dövlət büdcəsinə keçirilməsinin zəruriliyi və qanuniliyi qeyd edilib. Həmçinin tariflərin tətbiqinin  RN-nin öz müəssisələrinə də şamil edilməsinin vacibliyi bildirilib.

      Eyni zamanda RN tərəfindən tətbiq edilən tariflərin nəinki , beynəlxalq normalardan 10-20 dəfə çox olduğu , həmçinin ümumiyyətlə tariflərin müəyyənləşməsi mexanizminin qüsurlu və yanlış olduğu vurğulanıb.Dünya praktikasında hər bir antenna ilə bağlı tarifin onun ölçülərinə ( texniki parametrlərinə ) görə müəyyənləşdirildiyi halda RN tərəfindən antennalardan ötürülən informasiyanın sürətinə görə tarif müəyyənləşdirilməsi azad rəqabətin və sahibkarlığın inkişafının qarşısını alan amil kimi dəyərləndirilib.

      Köhnə tarif preyskurantında mövcud olan , səsin ötürülməsi və 3-cü şəxslərə xidmətlə bağlı məhdudiyyətlərin lisenziyalaşdırma qaydaları ilə tənzimləndiyi , yeni rabitə  xidmətlərinin inkişafına əngəllər yaratdığı əsas gətirilərək aradan qaldırılması təklif edilir.

      Mürəciətdə yerüstü peyk antenalarından istifadə  ilə bağlı konkret təkliflər irəli sürülüb.

Müraciətdə indiyədək simvolik olaraq saxlanılan , ölkənin beynəlxalq imicinə xələl gətirən «İnternet senzuranın» birdəfəlik aradan qaldırılmasının, ilkin mərhələ üçün fiziki şəxslərdən alınan əlavə İnternet haqlarının  ləğv edilməsinin vacibliyi qeyd edilib.

 

Multimedia Mərkəzi

Tel : 92-44-44

Email : info@cit.az 

Veb :  www.cit.az , www.aif.az