27 avqust 2003         

Press Reliz

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi

 

    

     26 avqust tarixdə Lənkəran şəhərində «Bələdiyyələrdə informasiya mübadiləsi prosesinin effektiv qurulması» Layihəsi çərçivəsində Bələdiyyələrin regional konfransı keçirilib.

     Lənkəran , Astara, Masallı və Cəlilabad rayonlarının Bələdiyyə nümayəndələrinin iştirak etdiyi tədbirdə  «Bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında informasiya texnologiyalarının rolu », «Bələdiyyələrin elektron informasiya mübadiləsi vasitələrindən istifadəsinin üstünlükləri» mövzularında məruzələr dinlənilib. 

     Bələdiyyələrdə elektron informasiya ilə işləmək vərdişlərinin aşılanması , bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibəğlərinin qurulmasında informasiya texnologiyalarının rolu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı bölgədə artıq  İnternet Mərkəzlərinin , İnformasiya-Resurs mərkəzlərinin fəaliyyət göstərdiyi nəzərə alınaraq informasiya mübadiləsi prosesinin, həmçinin bələdiyyələrin öz daxili fəaliyyətlərinin qurulmasında  daha səmərəli və effektiv formalardan istifadənin zəruriliyi  qeyd edilib.

     Bələdiyyə üzvlərinə və bələdiyə qulluqçularına Layihə çərçivəsində hazırlanmış «Bələdiyyə» İnformasiya Sistemindən ibarət  CD-disklər paylanılıb. Bələdiyyələr və respublikanın bölgələri haqqında Məlumat Bazası, Bələdiyyələrin bütöv hüquqi bazasından ibarət, həmçinin bələdiyyələrin cari fəaliyətinin qurulmasında gərəkli olan digər informasiya-məlumatlardan ibarət bu İnformasiya Sisteminin İnternet variantı da hazırlanıb. Resurs www.belediyye.org  ünvanında yerləşir.

     Qeyd olunan mövzular ətrafında tədbirlərin Bakı şəhər Bələdiyyələrinin iştirakı ilə də keçirilməsi nəzərdə tutulur.

     Layihə Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu tərəfindən dəstəklənib.

     Konfransda bir sıra beynəlxalq qurumların nümayəndələri də iştirak edib.

 

 

Multimedia Mərkəzi

 

Tel :   92-44-44

Veb:  www.cit.az , www.aif.az

Email: info@cit.az