26 sentyabr 2003                                                                                                              Press-reliz    

Azərbaycan İnternet Forumunun

Məlumatı

 

    AİF-in növbəti yığıncağı keçirilib.Toplantıda “ Seçki və İnternet” haqqında , Milli İnternet ünvanların ( Domen Az ) qeydiyyatı haqqında  və s. məsələlər ətrafında müzakirələr aparılıb.

    Yığıncaqda , ölkədə Prezident seçkiləri ərəfəsində vətəndaşların fəallığının və məlumatlığının artırılmasında, Prezidentliyə namizədlərin seçicilərlə əlaqələrinin qurulmasında İnternetin imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda cəmiyyətin fəallığının yüksəldiyi indiki dövrdə Azərbaycan İnternetinin populyarlığının da artırılması üçün yeni imkanların və şəraitin yarandığı qeyd edilib. Toplantıda Prezidentliyə Namizədlərə Müraciət qəbul edilib.Müraciətdə ölkədə İnformasiya Texnologiyaları sahəsində aşağıdakı Problemlərə xüsusi diqqət yetirilməısi , onların həlli yollarının Platformalarına daxil edilməsi və seçkiqabağı çıxışlarda bəyan edilməsi Prezidentliyə namizədlərdən xahiş edilib :

-          İnformasiya texnologiyaları, xüsusən telekommunikasiya və İnternet sahəsində dövlət monopoliyasının mövcudluğu. Mövcud qanunvericiliyə zidd olaraq telekommunikasiya sahəsində özəlləşdirmənin ümumiyyətlə aparılmaması.

-          İT sahəsində dövlət idarəetməsinin qeyri-müəyyənliyi. Müvafiq Dövlət qurumunun  eyni zamanda həm kommersiya , həm də tənzimləmə ilə məşğul olması.

-          Dövlətə məxsus olan və məhdud olan Tezlik resurslarından səmərəli istifadə edilməməsi və bu sahədəki qeyri-şəffaflıq.

-          Dünya informasiya fəzasına qovuşmaqda müstəsna rolu olan İnternetin İnkişafını ləngidən amillərin aradan qaldırılması. İnternetə tətbiq edilən “Texnoloji senzuranın” tamamilə ləğv edilməsi.

-          İnformasiya  sahəsində milli maraqların müəyyənləşdirilməsi.Ölkənin informasiya təhlükəsizliyi üçün daxili və xarici təhlükə mənbələrinin açıqlanması və informasiya təhlükəsizliyinin təmin edilməsi.

Toplantıda  Milli internet unvanların qeydiyyatı prosesinin beynəlxalq standartlara uygunlaşdırılması ilə baglı vəziyyət bir daha müzakirə edilib.

 İKT-nin inkişafı üzrə Milli Kordinator Məleykə xanım Abbaszadənin və hazırda qeydiyyat prosesinə rəsmi cavabdeh olan AzCom-un birgə təşəbbüsü ilə yaradılan iki qurumun - İnfotex İctimai Birliyi və AzNİC MMC-nin  qeyri-qanuni olduğu və İCANN-nın ( Qlobal Şəbəkədə Domenlə bağlı Baş tənzimləyici ) prinsiplərinə zidd olduğu bir daha vurğulanıb. Ölkənin Internet ictimaiyyəti, İnternet provayderlərin böyük əksəriyyəti və hətta bir sıra müvafiq dövlət qurumları tərəfindən dəstəklənməyən, hansısa şəxsi maraqlar ətrafında yaradılmış qurumların AzNet-in maraqlarını əks etdirmədiyi qeyd edilib.

            Yığıncaqda milli internet ünvanların qeydiyyatı ilə baglı beynəlxalq prinsiplərə əməl edilməsinin zəruriliyi qeyd edilib.Bununla bağlı AİF-in ölkənin internet ictimaiyyətinin digər subyektləri ilə birgə apardığı işlər nəzərə alınıb və bu istiqamətdə işlərin davam etdirilməsi vacib hesab edilib.

 

AİF İdarə Heyəti

Tel :    92-44-44

Veb:   www.aif.az , www.cit.az

Email: info@cit.az