14 NOYABR 2003

 

                                                                                

Azərbaycan İnternet Forumunun Məlumatı

 

   13 noyabr 2003-cü il tarixdə Azərbaycan İnternet Forumu İdarə Heyəti üzvlərinin ölkəmizdə səfərdə olan Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının icraçı direktoru , xanım Reyçel Morton Gittens ilə görüşü olub.

    R. Gittensin Azərbaycana gəlişinin əsas məqsədi 2004-cü ilin iyununda İFEX-in Bakıda keçiriləcək illik toplantısına hazırlıqla bağlı idi. Adı çəkilən qurum ölkəımizdə Azərbaycan Jurnalistlər Konfederasiyası ilə sıx əməkdaşlıq edirlər.

     İFEX-in Bakıda keçiriləcək toplantısı ilə bağlı R. Gittens qeyd etdi ki, tədbirdə 50 ölkədən 100-dən artıq nümayəndə iştirak edəcək.Tədbirin bir həftə çəkəcəyi nəzərdə tutulur.

      Reyçel Morton Gittens ilə görüşdə sözügedən mərasimin bir sıra texnoloji-informasiya problemlərinin həllində  Azərbaycan İnternet Forumu tərəfindən  köməklik göstəriləcəyi bildirilib. 

 

AİF İdarə Heyəti

92-44-44

www.aif.az

www.cit.az