24 dekabr  2003                                                                                                                                                           Press-reliz    

           Azərbaycan İnternet Forumunun

                     Məlumatı

 

    AİF-in növbəti yığıncağı keçirilib.Toplantıda “ Kabel televiziyasının  inkişafı” haqqında  və ”Ölkəyə gətirilən kompüterlər və kompüter hissələrinin ƏDV-yə cəlb edilməsi mexanizminin dəyişdirilməsi haqqında  Nazirlər Kabinetnin 04 dekabr 2003-cü il tarixli Qərarı ilə bağlı” məsələlər müzakirə edilib .

    Yığıncaqda , ölkədə Kabel TV – nin inkişaf perspektivləri haqqında müzakirələr aparılıb. Bütün İnkişaf etmiş ölkələrdə, keçmiş sovetlər birliyinə daxil olan dövlətlərin əksərində Kabel TV-nin kifayət qədər inkişaf etdiyi , vətəndaşların informasiya təminatının çox böyük hissəsinin məhz bu infrastruktur tərəfindən ödənildiyi qeyd edilib.

     Ölkədə Kabel TV-nin formalaşmamasının səbəbi kimi, hökumətin bu sahəyə zəif diqqət yetirməsi , Rabitə Nazirliyinin telekommunikasiya sistemindəki inhisarçı mövqeyi və bunun investisiya qoyuluşuna mənfi təsiri, müvafiq qanunverici bazann olmaması və bu sahədə maarifçilik işinin aşağı səviyyədə olması  vurğulanıb.

Bakı şəhərində yeni tikilmiş  və tikilməkdə olan yaşayış binalarında Kabel TV   şəbəkəsi üçün normal şəraitin nəzərdə tutulmaması təəssüflə qeyd edilib.  Dünyada “İntellektual Binalar” quraşdırıldığı bir zamanda , ölkədə texnoloji yeniliklər nəzərə alınmadan , şəbəkə infrastrukturu yaradılmadan yaşayış binalarının tikilməsi olduqca qüsurlu bir addım kimi dəyərlndirilib.

       Kabel TV vasitəsilə ölkədə vətəndaşların informasiya almaq hüququnun daha səmərəli formada həyata keçirilməsinin , müxtəlif xidmət növlərinin ( TV,  Radio , Internet , Telefon  və s) daha keyfiyyıətli formada eyni bir kabel infrastrukturu tərəfindən ötürülməsinin mümkünlüyü qeyd edilib.  Qısa bir zamanda  ölkədə Kabel TV infrastrukturunun yaradılmasına başlamağın vacibliyi qeyd edilib.  İlk növbədə telekommunikasiya sistemində ciddi islahatların , struktur dəyişikliyinin vacibliyi qeyd edilmiş, Kabel TV ilə bağlı qanun Layihəsinin hazırlanmasının zəruriliyi vurğulanmışdır.

       Yığıncaqda Nazirlər Kabinetinin 04 dekabr 2003- cü il tarixli 155 nömrəli Qərarı ətrafında ciddi müzakirələr aparılıb. Həmin qərarın icrası nəticəsində , 01 yanvar 2004 cü il tarixdən etibarən ölkəyə daxil olan kompüter avadanlığının ƏDV-yə cəlb edilməsi ilə bağlı uzun illərdən bəri formalaşmış sistemin dəyişəcəyi qeyd edilib. ƏDV-yə cəlb edilmə prosesinin əvvəllər satış subyektləri tərəfindən həyata keçirildiyi halda,  bundan sonra bu prosesin  birbaşa gömrük strukturları tərəfindən gömrük məntəqələrində həyata keçiriləcəyi qeyd edilib.

 Bir sıra qurumlar ( Qrantla işləyən təşkilatlar, Neft Şirkətləri , KİV-lər və s. ) ƏDV-dən azad edildiyi üçün   , satış subyektləri tərəfindən qabaqcadan ödədikləri ƏDV ilə bağlı vəsaitin hökumət tərəfindən geri qaytarılmasında ciddi problemlərlə üzləşəcəyi qeyd edilib.Kompüter bazarında fəaliyyət üçün daha çox vəsait tələb olunduğundan rəqabətin kifayət qədər məhdudlaşacağı bildirilib.

       AİF toplantısında , bütün bunlarin nəticəsində kompüter bazarında qiymət artımının   yaranacağından , vergidən yayınma  və korrupsiya üçün münbit şərait yaranacağından , kiçik və orta sahibkarlığın inkişafına əngəllər törənəcəyindən narahatçılıq qeyd edilib. Adı çəkilən Qərarın ölkədə İKT sektorunun inkişafını zəiflədəcəyi vurğulanıb.

       AİF-in toplantısında qarşılıqlı ödəmə sisteminin inkişaf etdirilməsinin zəruliyi qeyd edilib. Eyni zamnda ölkədə IKT sektorunun inkişafını sürətləndirmək üçün  idxal olunan kompüter avadanlıqlarının ƏDV-dən azd edilməsi , kompüterlər üçün milli proqram təminatlarının hazırlanması və kompüter maarifçiliyi sahəsindəki xidmətlərin müəyyən müddət ƏDV-dən azad ediməsi məqsədəuyğun hesab edilib və müvafiq Təkliflər hazırlanıb

        Yığıncaqda Milli Teleradio Şurasının nümayəndəsi iştirak edib.

 

AİF İdarə Heyəti

Tel :    92-44-44

Veb:   www.aif.az , www.cit.az

Email: info@cit.az